Xəbərlər
İCAPP Azərbaycana müşahidə missiyası göndərəcək

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) müşahidə missiyası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Seçki-2015.az saytının məlumatına görə, bu məqsədlə təşkilatın 9 nəfərdən ibarət müşahidə missiyası Azərbaycana səfər edəcək. Missiyanın tərkibinə Koreya, Kamboca, İndoneziya və basqa ölkələrdən nümayəndələr daxildir.
İCAPP-ın müşahidə missiyası seçkilərin nəticələrinə dair bəyanatla çıxış edəcək. Məlumatı "Seçkilər" Media Mərkəzi yayıb
Qeyd edək ki, İCAPP-da 70-dən çox ölkənin 300-dən artıq siyasi partiyası təmsil olunur.