YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Ağalar Vəliyevin Tərtər rayonunun Sarov kəndində seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Kampaniya çərçivəsində partiya tərəfindən YAP-ın 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən deputatlığa namizədi Ağalar Vəliyevin Tərtər rayonunun Sarov kəndində seçicilərlə görüşü keçirilib.

Ağalar Vəliyevin vəkilləri onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat veriblər.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd deyib ki, əldə edilən uğurlar Yeni Azərbaycan Partiyasının da payı var. Ümumiyyətlə, YAP Azərbaycan xalqının istək və arzularının ifadəçisi kimi çıxış edir.

Öz növbəsində seçicilər Ağalar Vəliyevi bir layiqli vətəndaş kimi tanıdıqlarını qeyd edərək, seçki günü birmənalı olaraq onu dəstəkləyəcəklərini bildiriblər.

Sonda Ağalar Vəliyev kənd sakinlərini maraqlandıran sualları cavablandırıb.