YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlunun Nərimanov rayonunun seçiciləri ilə növbəti görüşü keçirilib

Noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının  19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Nərimanov rayonunun seçiciləri ilə növbəti görüşü keçirilib. Tədbiri açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın bu seçkilərdə qələbə qazanacağına əmin olduğunu bildirib.

19 saylı Nərimanov birinci Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hikmət Babaoğlu seçiciləri salamlayaraq görüşə gəldikləri üçün təşəkkür edib.
Partiyanın seçkilərə «Yeni hədəflərə doğru!» şüarı ilə getdiyini deyən deputatlığa namizəd partiyamızın və dövlətimizin bu hədəflərə nail olacağına əminliyini ifadə edib.

Görüşün sonunda seçicilər öz istək və arzularını, təkliflərini səsləndiriblər.