YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisinin deputatlığına namizəd Eldar İbrahimovun Naxçıvan şəhərində seçicilərlə görüşü keçirilmişdir

2015-ci il oktyabrın 16-da Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə 01 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərində Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər Seçki dairəsindən namizədi Eldar Rza oğlu İbrahimovla seçicilərin görüşü keçirilmişdir.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatinin sədri Elman Cəfərli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderliyi ilə yaradılmış partiyanın Azərbaycan Respublikasının inkişafındakı tarixi xidmətlərindən bəhs edərək bildirmişdir ki, məhz bu xidmətləri dəyərləndirən xalqımız, Azərbaycan seçicisi Yeni Azərbaycan Partiyasının 22 ildir hakimiyyətdə qalması üçün keçirilən bütün seçkilərdə partiyamıza səs verir.

Namizəd haqqında çıxış edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli deputatlığa namizədin həyat və fəaliyyəti barədə geniş məlumat verərək bildirmişdir ki, E.İbrahimov Azərbaycan parlamentinin ən təcrübəli üzvlərindən biridir, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri kimi uğurla fəaliyyət göstərir. O həm də qanunvericilik sahəsində təcrübəli alim kimi uğurlu fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Əbülfəz Əsgərov çıxış edərək, E.İbrahimovu uzun illərdir yaxından tanıyan bir şəxs kimi, onun yüksək insani keyfiyyətlərindən danışmış, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırmışdır.

Deputatlığa namizəd E.İbrahimov seçicilər qarşısında çıxış edərək öz seçki platformasını təqdim etmişdir. O, 20 ildən artıqdır Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən geniş miqyaslı quruculuq siyasətindən danışmış, bu siyasətin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının və onun liderlərinin tarixi xidmətlərindən bəhs etmişdir. Namizəd ötən 4 parlament seçkisində ölkə seçicilərinin verdikləri səslərlə partiyanın Milli Məclisdəki fəaliyyətinə diqqətlə yanaşdığını, dəstəklədiyini və etibar etdiyini bildirmişdir. O, əmin olduğunu bildirmişdir ki, bu dəfə də xalqımız Yeni Azərbaycan Partiyasının qələbə qazanması üçün öz dəstəyini əsirgəməyəcəkdir.   

Sonda E.İbrahimov seçiciləri maraqlandıran çoxsaylı suallara ətraflı cavab vermişdir.

 

         

DİGƏR Xəbərlər Arxiv