YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Sevinc Fətəliyeva Suraxanı rayonunun Hövsan qəsəbəsinin sakinləri ilə görüşdü

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar oktyabrın16-da Yeni Azərbaycan Partiyası tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın Hövsan qəsəbəsinin sakinləri ilə görüşü keçirildi.

30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyi irəli sürülən Sevinc Fətəliyeva Hövsan qəsəbəsinin sakinləri ilə görüşündə bildirdi ki, ötən illər ərzindəki fəaliyyətim hamının gözü qarşısındadır. Suraxanı rayon sakinlərinin etimadını qazanaraq Milli Məclisdə partiyamızı və seçicilərimizi layiqincə təmsil etməyə çalışmışam. Mənim qənaətimə görə əldə etdiyim bu nailiyyətlər bütövlükdə dövlətimizin və partiyamızın uğurudur. Təbii ki, dövlətimizin və partiyamızın dəstəyi olmasaydı, bu nailiyyətləri əldə etmək mümkün olmazdı. Mənim fəaliyyətimi qiymətləndirən hər kəsə təşəkkür edirəm və bundan sonra da dövlətimizin yolunda bütün səylərimizi səfərbər edəcəyəm. Qeyd etdiyim kimi, mən daha çox beynəlxalq fəaliyyətlə məşğul olduğum üçün tez-tez xarici ölkələrə səfərlər edir və hər bir tədbirdə ölkəmizi, xalqımızı layiqincə təmsil etməyə çalışıram. Təbii ki, seçicilərim də mənim beynəlxalq fəaliyətimi izləyir və müsbət qiymətləndirirlər.

Eyni zamanda, Suraxanı rayonunda daim ictimaiyyətin arasındayam, rayonda keçirilən müxtəlif tədbirlərdə iştirak edirəm və həmin tədbirlərdə də seçicilərimlə birbaşa ünsiyyətdə oluram. Bir sözlə, ötən beş il ərzində seçicilərimin etimadını doğrultmağa çalışmışam.   

Etimad göstəriləcəyi təqdirdə mən gələcəkdə də seçicilərimin arzu və istəklərinin imkan daxilində həyata keçirilməsinə çalışacağam.