YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Yeni Azərbaycan Partiyasının hər bir üzvü qarşıya qoyulan hədəflərin gerçəkləşməsinə öz töhfəsini verməyə çalışır

«Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bütün fəaliyyəti boyu tutduğu yola, siyasi xəttə sadiqlik nümayiş etdirən Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların  bələdçisi olmaqla yanaşı, bu inkişafa, tərəqqiyə töhfələri ilə cəmiyyətdə nufuzunun artmasına, sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsinə nail olmuşdur». Bu fikirləri yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Malik Həsənov deyib.

M.Həsənov bildirib ki,  Yeni Azərbaycan Partiyasının sıralarında  670 mindən artıq üzv birləşib. Onun sözlərinə görə, bu rəqəm partiyanın cəmiyyətdəki yeri və roluna  aydınlıq gətirən əsaslardandır. Yarandığı gündən tutduğu yola  sadiqlik nümayiş etdirən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir.

«Dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul edən Yeni Azərbaycan Partiyası  hər bir seçki prosesinə qatıldığı şüarla gələcək prioritetlərini açıqlayır, Azərbaycanın hərtərəfli inkişafını əsas kimi qəbul etdiyini təsdiqləyir.  Seçkilərdə hər bir qələbəsi partiyaya inamı ortaya qoymaqla yanaşı, onun  qələbələr partiyası olduğunu da təsdiqləyir.  Xalqımız Yeni Azərbaycan Partiyasını dəstəkləməklə Heydər Əliyev ideyalarına sədaqətini, onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə inamını nümayiş etdirir. Dahi şəxsiyyət Heydər Əliyevin bəyan etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət  dövlətə, xalqa xidmət etmək deməkdir.  Bu gün ən yüksək zirvələri fəth edən Azərbaycan qarşıdakı illərdə daha yeni-yeni hədəflərə çatmaq üçün səylər göstərir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu hədəflərin gerçəkləşməsinə öz töhfəsini verməyə çalışır»- deyə, M.Həsənov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv