YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu ilk dəfə səs verəcək gənclərlə görüşüb

Milli Məclisə keçiriləcək seçkilərlə bağlı 19 saylı Nərimanov birinci Seçki Dairəsində Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib. 

Görüşdə  çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkilərinin keçiriləcəyini xatırladaraq gəncləri bu kampaniyada fəal olmağa çağırıb.

Çıxış edən  19 saylı Nərimanov birinci Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilk dəfə səs verəcək gəncləri özlərinin seçki hüququndan istifadə etməyə çağırıb.

Görüşdə YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı, fəal gənclərdən Asəf Cabbarov və Teymur Mustafayev YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.