YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür

«Bugünlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr həsr olunan iclası keçirildi. Bu iclasda dövlət başçısının geniş və əhatəli şəkildə çıxışı 2016-cı ilin dövlət büdcə layihəsinin birbaşa səsə qoyularaq qəbul olunmasına əsas verir». Bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov, Azərbaycan Prezidentinin çıxışında həm dünyada, həm ölkədə gedən hadisələri, həm beynəlxalq, həm də ictimai-siyasi vəziyyəti əhatəli şəkildə şərh etdiyini, bu çıxışdan sonra geniş müzakirəyə ehtiyac qalmadığını qeyd edib: “Prezident İlham Əliyev 2016-cı ilin büdcəsinin gələcəkdə necə formalaşması, hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sferalarına diqqət yetirilməsi, neftin qiyməti ilə bağlı, xüsusi olaraq ictimaiyyəti maraqlandıran bütün məsələlərə münasibətini bildirdi. Bundan sonra əlavə fikir söyləmək istəmirəm”.

YAP İcra katibinin müavini, 2016-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin artırıldığını və bunun vacib məsələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, təhlükəsizlik və müdafiə məsələsi vacib şərtlərdəndir. «Bu sahəyə diqqət  biraz da artırılsa, daha məqsədəuyğun olar. Ətrafımızda baş verən hadisələr, təhdidlər, ayrı-ayrı terror qruplarının qarşısının alınması üçün Azərbaycan hüquq-mühafizə orqanları ciddi cəhdlə çalışır və ölkəmizdə Prezidentimizin rəhbərliyi altında ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bir sabitlik adasıdır. Onun qorunması və daha da möhkəmlənməsi üçün büdcədən bu sahələrə daha çox vəsait ayrılmasına ehtiyac var»- deyə, S.Novruzov vurğulayıb.