YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndələri ASEAN-ın tədbirində iştirak edəcəklər

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti  16-17 oktyabr tarixlərində Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) “Qadınlar siyasətdə: qarşılıqlı əlaqə və innovasiya vasitəsilə təmsilçiliyin təşviqi” mövzusunda təşkil etdiyi konfransda iştirak edəcəkdir.

Malayziya Milli Cəbhəsi partiyasının Qadın Qolunun ev sahibliyi edəcəyi tədbirin iştirakçıları təmsil etdikləri ölkələrin gender siyasəti barədə məlumat verəcək, qadınların siyasətdəki təmsilçiliyinin artırılması yönündə müzakirələr aparacaqlar.