YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüşüb

Bu gün 19 saylı Nərimanov birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisin deputatlığa namizədi Hikmət Babaoğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayon gəncləri ilə görüşü olub.

Görüşdə YAP Nərimanov rayon təşkilatı Seçki Qərargahının sədri Təmraz Tağıyev tədbir iştirakçılarına deputatlığa namizəd haqqında geniş məlumat verib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri və digər gənclər çıxış edərək Prezident İlham Əliyevin, Yeni Azərbaycan Partiyasının gəncliyə olan qayğısından danışaraq seçkilərdə partiyanın namizədinə səs verəcəklərini bildiriblər.

Çıxış edən deputatlığa namizəd Hikmət Babaoğlu Azərbaycan gəncliyinin böyük qüvvə olduğunu bildirib. O, bütün gəncləri 1 noyabr seçkilərində iştirak etməyə çağırıb.  

DİGƏR Xəbərlər Arxiv