YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin plenar iclasında 2016-cı il üçün büdcə zərfi müzakirə edilir

Oktyabrın 13-də Milli Məclisin plenar iclası işə başlayıb.

İclasda 2016-cı il üçün büdcə zərfi müzakirə edilir.

Müzakirələrdə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və hökumət üzvləri iştirak edirlər.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, dünyada baş verən maliyyə-iqtisadi böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. Azərbaycan büdcəsi bu il də sosial yönümlülüyü ilə seçilib. Ölkənin müdafiə gücünün saxlanması və təhlükəsizliyinə diqqət həmişə olduğu kimi, yüksək olub və bu il də bu məqsədlə kifayət qədər vəsait ayrılıb. Sədr qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında özünü sınaqlardan qoruya bilib. Növbəti ildə də iqtisadiyyatda real artım gözlənilir.

İclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə yanaşı, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında", habelə "Dövlət rüsumu haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, Milli Məclisin 2016-cı il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihələri müzakirə olunur.