YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 9 ayda Azərbaycan iqtisadiyyatının 3,7 faiz artığını bildirib. Dövlətimizin başçısı deyib: “Nəzərə alsaq ki, biz bunu qeyri-neft sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, ümumiyyətlə, bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz bizim iqtisadi inkişafımıza da mənfi təsir göstərir. Ondan əlavə, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi - 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir göstərib. Ancaq buna baxmayaraq, aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. “Hesab edirəm ki, indiki şəraitdə 3,7 faiz ən gözəl göstəricidir”, - deyən dövlətimizin başçısı ən sevindirici halın qeyri-neft iqtisadiyyatımızın 6 faizdən çox artmasından ibarət olduğunu vurğulayıb və bunu aparılan islahatların nəticəsi kimi qiymətləndirib.