Xəbərlər
Yeni Azərbaycan Partiyası tərəfindən MM-in deputatlığına namizəd Hüseynbala Mirələmovun seçicilərlə ilk görüşü keçirildi

Oktyabrın 10-da beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmovun seçicilərlə ilk görüşü keçirildi.
Namizəd YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov millət vəkili olduğu 5 ildə xeyli sayda qanunların hazırlanmasında və qəbul olunmasında fəal iştirakından, seçiciləri ilə görüşlərindən, onların müraciətlərinə yüksək dəyər verməsindən və onları lazımi səviyyədə cavablandırmasından geniş bəhs edərək bildirdi ki, amma bunlar keçmişdə qaldı, yeni dövrün vəzifələri daha böyükdür. Bildirildi ki, «Yeni hədəflərə doğru!» devizi ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası ölkəmizin son illərdə qazandığı uğurların fonunda yeni hədəfələrə nail olmasına öz töhfələrini verməyə çalışır. Azərbaycanın hər bir uğurunda partiyanın öz payı var.
Seçicilərdən Elman Quliyev, Səmayə Əliyeva, Musa Həsənli, Seyid Rasim və başqaları çıxış edərək Azərbaycanın xoşbəxt gələcəyi naminə ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olacaqlarını bildirdilər.