Xəbərlər
Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən namizədi Nəriman Əliyevin Masallıda seçicilərlə görüşü keçirilib

Oktyabrın 10-da Masallıda Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən namizədi Nəriman Əliyevin seçicilərlə görüşü keçirilib. Görüşdə çıxış edən Nəriman Əliyev YAP-ın uğurlarının bütün Azərbaycanın uğurları olduğunu və bütün bu uğurların əsasında Prezident İlham Əliyevin böyük zəhmətinin olduğunu qeyd edərək hər kəsi qarşıdan gələn seçkilərdə YAP-ın namizədlərinə səs verməyə çağırıb.