YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Ankarada baş vermiş dəhşətli terror aktı nəticəsində xeyli sayda insanın tələf olması və yaralanması xəbərindən dərin sarsıntı hissi keçirdiyini bildirib, ölənlərin ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı çatdırıb.

Prezident İlham Əliyev bu ağır dəqiqələrdə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu bir daha vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.