YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Həmsədr dövlətlər istəsəydilər bu münaqişəni çoxdan həll edə bilərdilər

«ATƏT Parlament Assambleyasında bəlkə də nümayəndə heyətləri arasında ən fəal qrup Azərbaycan nümayəndə heyətidir. Çünki bizim torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Biz nümayəndə heyəti olaraq qurumun sessiyasının həm plenar iclaslarında, həm də komitələrində öz mövqeyimizi ortaya qoyuruq». Bu fikirləri yap.org.az saytına Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, çox zaman bizə deyirlər ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Onun sözlərinə görə, bu təşkilat 1992-ci ildən yaranıb, amma 23 ildə 23 millimetr də irəli getməyib, yerlərində sayırlar.

«Həmsədrlər həmişə deyirlər ki, Azərbaycan və Ermənistan tərəfi razılaşsınlar, biz onları dəstəkləyirik. Sual olunur, əgər tərəflərin özləri razılığa gələcəklərsə, onda siz nəyə lazımsınız? Əslində, həmsədr dövlətlər istəsəydilər bu münaqişəni çoxdan həll edə bilərdilər. Çünki dünyanın üç böyük dövlətləridir – ABŞ, Fransa və Rusiya dünya siyasətinə təsir gücünə malikdir. Konkret deməlidirlər ki, bu münaqişədə  işğalçı və işğala məruz qalan kimdir? Kimin mövqeyi ədalətlidir?

Bir sözlə, Minsk qrupunun fəaliyyəti çox zəifdir. Onlar ancaq görüşlər təşkil etməyə çalışırlar və  turist kimi bölgəyə gəlib gedirlər. Bilirsiniz, bəzən ədalətsiz dünyada ədalət axtarırıq. Bu gün ədalət gücdədir və gücümüzü toplayıb torpaqlarımızı işğaldan azad etməliyik. Buna doğru da gedirik»- deyə, E.İbrahimov vurğulayıb.

 

 

 

 

DİGƏR Xəbərlər Arxiv