YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Azərbaycanda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir

«Azərbaycanda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir». Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayev qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində bu ilin 9 ayı ərzində 170-dən artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 430-dan artıq müəssisənin isə tikintisi davam etdirilir.

«Bu dövrdə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2015-ci ilin ötən 9 ayı ərzində 11 gənclər və idman obyekti, 11 məktəb, 7 uşaq bağçası, Respublika Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, 60-a yaxın sosial obyektdə isə işlər davam etdirilir»- deyə, nazir vurğulayıb.