YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ARDNŞ bu il ixrac olunan neft məhsullarının həcmini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin may ayında 47 min 330 ton dizel yanacağı, 7 min 592 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 21 min 608 ton vakuum qazoylu ixrac edib.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, ümumilikdə, 2014-cü ilin yanvar-may ayları ərzində 383 ton avtomobil benzini, 297 min 434 ton dizel yanacağı, 43 min 59 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 70 min 374 ton vakuum qazoylu ixrac olunub.

2014-cü ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-995,24 dollar, təyyarə yanacağının-948,41 dollar, dizel yanacağının-897,29 dollar, 1% kükürdlü mazutun qiyməti 638,25 dollar təşkil edib.