YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: İsveçrə bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfiri Filip Stalder etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, söhbət zamanı E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir F.Satelder ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, İsveçrənin vaqon, sement istehsalı, əczaçılıq, tikinti və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini qeyd edib.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Sonda nazir E.Məmmədyarov səfir F.Stalderə diplomatik fəaliyyətində uğurlar arzulayıb.