YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyadakı beynəlxalq sərgidə Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb

Oktyabrın 8-dən 10-dək İtaliyanın Rimini şəhərində keçirilən beynəlxalq turizm sərgisində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansı bir formada ayrıca guşə ilə iştirakının qarşısını almaq məqsədilə ölkəmizin İtaliyadakı səfirliyi tərəfindən əvvəlcədən zəruri tədbirlər görülüb. Bütün imkanlardan məhrum olan Ermənistan tərəfi sərgidə Ermənistana aid guşədə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə bağlı bir sıra broşürlər nümayiş etdirməklə məhdudlaşıb.

Səfirlik Ermənistanın turizm sərgisini siyasi təxribat obyektinə çevirmək məqsədi daşıyan bu kimi cəhdlərinin qarşısının alınması istiqamətində İtaliyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçıları ilə danışıqları davam etdirir.

Ermənistanın beynəlxalq turizm sərgisini belə siyasi təxribat obyektinə çevirməsi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimi təbliğ etməsi və hətta bu əraziləri Ermənistan ərazisi kimi təqdim etməsi cəhdləri bir daha onu göstərir ki, rəsmi Yerevanın danışıqlarda iştirakı yalnız imitasiyadır, Ermənistanın əsl məqsədi işğal və təcavüzə əsaslanan mövcud status-kvonu saxlamaq, zəbt edilmiş əraziləri ilhaq etmək və bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə əngəl törətməkdir.

 

DİGƏR Xəbərlər Arxiv