YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Azərbaycanda 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda indiyə qədər 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. 

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

 M.Pənahov qeyd edib ki, bu göstərici 1 yer uğrunda təxminən 10 namizədin mübarizə aparacağı deməkdir. 
Deputatlığa namizədliyi qeydə alınanlardan 274 nəfərin namizədliyi 15 partiya tərəfindən, 18 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, digərlərinin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. 
MSK sədri deyib ki, indiyə qədər komissiyaya daxil olan 23 müraciətdən 9-u təmin edilib, 14 müraciət isə təmin olunmayıb.

DİGƏR Xəbərlər Arxiv