YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada “Müasir Azərbaycanın memarı – Heydər Əliyev” mövzusunda fotosərgi və esse müsabiqəsi keçiriləcək

Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəliş Fondunun dəstəyi ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 16-18-də Moskvada “Müasir Azərbaycanın memarı - Heydər Əliyev” mövzusunda fotosərgi və esse müsabiqəsi keçirəcək.

ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib ki, layihənin əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında ulu öndər Heydər Əliyevin irsini təbliğ etmək, eyni zamanda, onlara Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verməkdir. T.Allahverdili deyib: “Sərgi üç tematik bölmədən - ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın Müstəqillik Günü, müasir və inkişaf edən Azərbaycan ibarət olacaq. Yazı müsabiqəsində iştirak etmək istəyənlər esselərini azslavmoskow@mail.ru elektron poçtuna göndərə bilərlər”.