YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə keçiriləcək İpək Yolu Forumunun gündəliyi açıqlanıb

Oktyabrın 15-16-da Tbilisidə keçiriləcək İpək Yolu Forumunun gündəliyi açıqlanıb.

Əsas təşkilatçısı Gürcüstan hökuməti olan forumun keçirilməsinə Çin hökuməti və Asiya İnkişaf Bankı maliyyə dəstəyi göstərir.

Forumda Azərbaycan, Türkiyə, Çin, ABŞ, Əfqanıstan, Sloveniya, İtaliya, Çexiya və Qazaxıstan daxil olmaqla 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının yüksək vəzifəli şəxsləri iştirak edəcəklər. Ümumilikdə forumda 700-dən çox qonağın iştirakı nəzərdə tutulub.

Oktyabrın 15-də Tbilisidəki Ş.Rustaveli adına Akademik Teatrda keçiriləcək açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri çıxış edəcəklər.

Dünyada tanınmış iqtisadçı ekspert, Azadlıq və Demokratiya İnstitutunun direktoru Ernando De Sotonun moderatorluğu ilə keçiriləcək forumda birgə əməkdaşlığa dair bəyannamə imzalanacaq.

Forum çərçivəsində bir neçə panel iclaslar keçiriləcək.

Bu iclaslarda “Ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsində İpək yolunun yeni imkanları”, “Nəqliyyat və infrastruktur: ölkələr arasındakı ticarət dövriyyəsinə dair yeni tələblər”, “İpək yolu boyunca ticarət dövriyyəsini gücləndirmək məqsədilə mövcud problemlərin həllində birgə əməkdaşlıq”, “İpək yolu və energetika: kəmərlər və sərhədsiz elektrik enerjisinin ticarəti” və “Gürcüstanın investisiya imkanları” mövzularında diskussiyalar aparılacaq.

Forum çərçivəsində müxtəlif təqdimatlar keçiriləcək, görüşlər təşkil olunacaq.