YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB ölkələrinin ekspertləri Çernobıl qəzasının 30 illiyi ilə əlaqədar sənədin layihəsini razılaşdırıblar

Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birlik ölkələri başçılarının Çernobıl AES-də qəzanın 30-cu ildönümü ilə əlaqədar Müraciətinin layihəsinin və müvafiq qərar layihələrinin təkmilləşdirilməsi və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.

Birliyin mənzil-qərargahının mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Ermənistan, habelə MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. Ekspertlər tərəflərin irad və əlavələrini nəzərdən keçirərək, Müraciətin layihəsini razılaşdırıblar. Daha sonra sənəd baxılması üçün Xarici İşlər Nazirləri Şurasına təqdim ediləcək. Sənədin Dövlət Başçıları Şurasının ən yaxın iclasında qəbul olunacağı gözlənilir.

BMT-nin Baş Məclisi MDB Dövlət Başçıları Şurasının aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirəsinin Anım Günü elan etmək qərarını alqışlayıb. Qəzadan keçən üçüncü on il zərər çəkmiş regionların reabilitasiyası və sabit inkişafı dövrü elan edilib.

Ekspertlər tərəfindən razılaşdırılan Müraciətin layihəsində Çernobıl AES-də baş verən qəzada SSRİ-yə daxil olan bütün respublikalardan yüz minlərlə ləğvedənin mərdliyi və fədakarlığı vurğulanır, faciə nəticəsində həlak olanların xatirəsi ehtiramla anılır, Çernobıl qəzasının, nüvə materialları ilə düşünülməmiş rəftarla bağlı digər kədərli hadisələrin nəticələrinin aradan qaldırılması səylərini davam etdirmək və zərər çəkmiş ərazilərdə təhlükəsiz yaşayış üçün zəruri şərait yaratmaq əzmi bəyan edilir.

Sənədin mətnində dünya birliyinə özünü uğurla təqdim edən, dövlətlərin zərər çəkmiş regionların sonrakı sosial-iqtisadi inkişafı üzrə geniş əhatəli səylərini tamamlayan məqsədli proqramların, layihə və təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutan qarşılıqlı fəaliyyət formalarından istifadə etməklə, texnogen fəlakətlərin nəticələrinin ləğv edilməsində əməkdaşlığı davam etdirmək çağırışı var.

 

DİGƏR Xəbərlər Arxiv