YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rumıniyada Ermənistanın təcavüzkar siyasətindən bəhs edən məqalə dərc olunub

Rumıniyanın geniş oxucu kütləsinə malik “Evenimentul Zilei” (Günün Hadisəsi) qəzetində sabiq Prezident Trayan Baseskunun xarici siyasət, təhlükəsizlik və strateji məsələlər üzrə müşaviri Yulian Kifunun “Odla oynamaq: Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və Azərbaycanın 7 rayonunu öz ərazisi elan etdi” sərlövhəli məqaləsi dərc edilib.

Rumıniyanın bir çox KİV-ləri tərəfindən yayılan məqalədə son vaxtlar Ermənistanın mövqeyində köklü dəyişikliklərin olduğu, təcavüzkar ölkənin işğal etdiyi Dağlıq Qarabağı və Azərbaycanın 7 rayonunu öz ərazisi elan etməsi qeyd olunur. Bildirilir ki, bu bəyanat Ermənistanın təcavüzkar ölkə olduğunu bir daha təsdiq edir və Qafqaz regionunda sabitliyi təhlükə altına atır. Müəllif Ermənistanın bu addımını Avropanın sərhədlərinin silah gücünə dəyişdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsi kimi səciyyələndirir.