YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Dünya bazarında baş verən proseslərin Azərbaycana hər hansı ciddi bir təsiri gözlənilmir

Gələn ilin büdcə layihəsi 2015-ci ildə dünyada baş verən qlobal iqtisadi, geosiyasi proseslərin Azərbaycan iqtisadiyyatına hazırkı və gələcək təsirləri nəzərə alınmaqla hazırlanıb. Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın neftdən gələn gəlirlərinin də azalmasına səbəb olub. Onun sözlərinə görə, bununla belə, dövlət büdcəsi elə tərtib olunub ki, dünya bazarında baş verən proseslərin Azərbaycana hər hansı ciddi bir təsiri gözlənilmir.

«Neftin qiymətinin aşağı düşməsi fonunda müxtəlif layihələrin tərtib olunması, eləcə də qarşıdakı 3 ildə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması mühüm irəliləyişlərin olacağından xəbər verir. Odur ki, iqtisadiyyatın və əhalinin həyat səviyyəsi növbəti ildə də inkişafda olacaq”»- deyə, komitə sədri vurğulayıb.