YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: “Nabucco” layihəsində irəliləyiş yoxdur, TANAP isə sürətlə davam etdirilir

“Nabucco” layihəsində Avropa İttifaqı tədarük məsələsini həll edə bilmədi. “Nabucco”nun neçə ildir imzalanmasına baxmayaraq, layihə ilə bağlı irəliləyiş yoxdur. Tədarük məsələsində isə Azərbaycan öz resurslarını təklif etdi və həm tədarükdə, həm də tranzit baxımından lazımi dəstəyi göstərdi. Hazırda biz Azərbaycanla Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsini sürətlə davam etdiririk.

Bu sözləri Brüsseldə səfərdə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın enerji təhlükəsizliyi təmin olunası məsələsinə toxunarkən deyib.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.

 

DİGƏR Xəbərlər Arxiv