YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Dövlət büdcəsi ilk növbədə ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə cavab verir

«2016-cı ilin dövlət büdcəsi ölkənin ali maliyyə sənədidir. Sənədin hazırlanması dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olub». Bu fikirləri Milli Məclisin   İqtisadi siyasət komitəsinin sədri Ziyad  Səmədzadə  deyib.

Z.Səmədzadə bildirib ki, həyata keçirilmiş uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf edib və son 10 ildə bir sıra nailiyyətlər əldə olunub. Lakin Azərbaycan dünyanın bir parçası olduğundan baş verən qlobal proseslər, hadisələr ölkəmizin iqtisadiyyatına da təsir edib. 

«Dünyada neftin qiymətinin aşağı olması bir çox ölkələrdə olduğu kimi, Azərbaycana da təsir edib, gəlirlərimizin azalmasına səbəb olub. Bütün bunlar Azərbaycan hökumətindən dövlət büdcəsinin hazırlanmasına yeni yanaşmalar tələb edir. Azərbaycan hökuməti, respublikanın büdcə siyasəti ilə məşğul olan strukturları bunları nəzərə alaraq, öz təkliflərini veriblər. Bu təkliflər dünyada baş verən proseslərin təsirinin azaldılmasını özündə ehtiva edir. Buna baxmayaraq, 2016-cı ilin dövlət büdcəsi ölkədə həyata keçirilən sosial proqramların davam etdirilməsinə rəvac verir. Dövlət büdcəsi ilk növbədə ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə cavab verir və Azərbaycanda həyata keçirilən sosial proqramların daha da davam etdirilməsini, onun mahiyyətinin daha da dərinləşməsini zəruri edir. Qlobal maliyyə böhranının törətdiyi fəsadlara baxmayaraq Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir»- deyə, komitə sədri vurğulayıb.