YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlərə start verib

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı silsilə tədbirlərə start verib.

Bu gün YAP Xəzər rayon təşkilatının, Xəzər rayon İcra Hakimiyyətinin və Xəzər İnkişaf Fondunun birgə təşkilatçılığı ilə tədbirlər keçirilib. Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarın önünə gül dəstələri düzüblər. Tədbir iştirakçıları eyni zamanda görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər.

Sonra tədbir iştirakçılarının Dövlət Bayraq Meydanına ekskursiyası təşkil olunub. Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov,  təşkilatın sədr müavini, Milli Məclisin deputatı Rauf Əliyev də iştirak ediblər.

Daha sonra Xəzər rayonu ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində Ümummilli liderimiz Heydər Əliyevin zəngin irsi barədə geniş məlumat verilib. Tədbir iştirakçıları Mərkəzdən zəngin təəssüratlarla ayrılıblar.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin zəngin irsi qiymətli xəzinədir. Ona görə də, bu zəngin irs daim öyrənilməlidir. N.Əhmədov qeyd edib ki, YAP Xəzər rayon təşkilatı Ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirlər keçirəcək. Belə ki, Xəzər rayonunun yaradıcılıq mərkəzlərində, ümumtəhsil məktəblərində, fəaliyyət göstərən istedadlı gənc rəssamların sərgisinin təşkili, Quba rayonunda Xəzər və Quba gənclərinin iştirakı ilə Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə elmi seminarın keçirilməsi, internat və uşaq evlərindəki valideyn himayəsindən məhrum olan şagirdlər üçün  və s. müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.   

 

DİGƏR Xəbərlər Arxiv