YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gintaras Visotskas: Azərbaycanın Dağlıq Qarabağ bölgəsi hərbi əməliyyatlar nəticəsində zəbt edilib

Litvanın www.slaptai.lt portalında bu İnternet resursunun rəhbəri, tanınmış jurnalist Gintaras Visotskasın “Ermənistanın qarşısında yaltaqlanmağa nə vaxt son qoyacağıq?” sərlövhəli məqaləsi dərc edilib. Litvalı jurnalist sual edir: Ən böyük dövlətləri belə tənqid etməkdən çəkinməyən Litva Ermənistana münasibətdə tənqiddən nə üçün çəkinir?

Mürəkkəb Ermənistan-Azərbaycan münasibətlərini illər boyu diqqətlə izləyən müəllif səmimiyyətlə soruşur: Azərbaycanın əzəli torpaqlarını işğal etmiş Ermənistanın hərəkətləri nə üçün hiddət doğurmur, amma Avropa ilə səmimi dostluğa çalışan, beynəlxalq humanitar forumlar, “Eurovision” mahnı müsabiqəsi və birinci Avropa Oyunlarını keçirən Azərbaycana şübhəli münasibət təzahür edir?

Litvalı jurnalist qeyd edir ki, bu gün - suriyalı, iraqlı və əfqanıstanlı qaçqınlar mövzusu bütün Avropa üçün aktual olduğu bir vaxtda Azərbaycanın təcrübəsi bu baxımdan dəyərlidir. Erməni silahlıları bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından qovanda azərbaycanlılar məğrurluğunu qoruyub saxladılar, heç kəsə şikayət etmədilər, heç kəsdən kömək gözləmədilər. Onlar yaranmış çətinliklərin öhdəsindən özləri gəldilər, həm öz qaçqınlarının qeydinə qaldılar, həm də Çeçenistandan və Özbəkistandan 10 minlərlə qaçqını qəbul etdilər.

G.Visotskas yazır ki, rəsmi Bakı italyan, yunan, alman, fransız siyasətçilərinə çox dəyərli məsləhətlər verə bilərdi, lakin azərbaycanlı qaçqınlar mövzusu Avropa üçün xoşagəlməz mövzudur. Çünki bu halda Avropa etiraf etməli olardı ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayon – ümumilikdə Azərbaycan ərazisinin 20 faizi hərbi əməliyyatlar, soyqırımı və digər beynəlxalq hərbi cinayətlər nəticəsində işğal edilib.

Jurnalist qeyd edir ki, insan hüquqları mövzusu da aktualdır. Avropa Parlamentinin üzvü Pyatras Auştryaviçyus bu il iyunun 5-də 15min.lt portalında “İnsan hüquqlarının tapdalandığı yerdə “təmiz oyun” haqqında” sərlövhəli məqalə dərc edib. Litvalı siyasətçi Azərbaycanda Avropa Oyunlarının keçirilməsinin qeyri-mümkün olduğunu sübut etməyə çalışır, çünki onun sözlərinə görə bu ölkədə insan hüquqlarına riayət edilmir. G.Visotskas oxucuların diqqətinə çatdırır ki, Avropa İttifaqının hətta ən demokratik dövlətində, elə Litvanın özündə də ideal qayda yoxdur. Lakin dünyada heç bir bəsirətli siyasətçi Litvanı “insan hüquqlarının tapdanmasında” ittiham etmir.

G.Visotskas təəccüblə soruşur: Başa düşmək olmur, biz avropalılar Azərbaycandan nə istəyirik, bu qərəzliliyin mənbəyi nədir? Məgər beynəlxalq idman oyunları, beynəlxalq humanitar forumlar təşkil edən, öz ərazisində xarici hərbi bazalar olmayan Azərbaycan qonşularına hücum edən Ermənistandan pisdirmi? Avropa Parlamentinin üzvü P.Auştryaviçyus Azərbaycanı tənqid edəndə və Ermənistanı tənqid etməyəndə çoxlu suallar doğur. Soruşmaq istərdik, həm Litvada, həm də Avropa İttifaqının üzvü olan digər dövlətlərdə Ermənistana rəğbət bəsləyənlər bu yaxınlarda Azərbaycana qaçmış və orada siyasi sığınacaq istəmiş erməni Vano Martirosyanın bəyanatları barədə nə fikirləşirlər? Azərbaycanda demokratiyanın vəziyyətindən daim narazılıq bildirən insan hüquqlarının müdafiəçiləri Ermənistanda əslində nələr baş verdiyinə nə vaxt maraq göstərəcəklər?

Litvalı jurnalist məqaləsinin sonunda yazır ki, əgər Ermənistanda demokratiya bir qədər çox olsaydı, onda Avropadakı erməni lobbisi üçün xoşagəlməz olan daha bir həqiqət üzə çıxardı – hamı bilərdi ki, məhz Azərbaycanda yaşamaq istəyən ermənilər də var.