YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin gömrük və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkənin gömrük orqanları arasında birgə komissiyanın yaradılması ilə bağlı qəbul edilən qərara uyğun olaraq bu gün Bakıda komissiyanın ilk toplantısının keçiriləcəyini vurğulayan nazir Cenap Aşçı bildirdi ki, dövlət başçıları səviyyəsində qəbul edilən qərarların icrasının reallaşdırılması qarşıda duran vəzifələrdən biridir.

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarının məzmunlu olduğunu və orada qəbul edilən bütün qərarların icrasının önəmini qeyd etdi. İki ölkənin gömrük orqanlarının birgə komissiyasının fəaliyyətə başlamasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı komissiyanın iclasında bu sahə ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılacağına ümidvar olduğunu bildirdi.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlayan Cenap Aşçı Türkiyənin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində çox yaxşı əlaqələrə malik olduğunu vurğulayaraq bu sahədə ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün böyük əhəmiyyət daşıdığını dedi.

Ölkələrimizin bütün məsələlərdə bir-birini daim dəstəklədiyini deyən dövlətimizin başçısı digər sahələrdə olduğu kimi, gömrük orqanları arasında əməkdaşlığın da yüksək səviyyədə olmasının önəmini qeyd etdi. Dünyada gedən maliyyə-iqtisadi böhran şəraitində ölkələrimizin gömrük orqanları qarşısında mühüm vəzifələrin dayandığını deyən Prezident İlham Əliyev iqtisadi böhranın nəticələrinin araşdırılması, təhlili və gömrük orqanlarının işinin təkmilləşdirilməsində birgə fəaliyyət göstərməyin vacibliyini qeyd etdi.