YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: YAP Qadınlar Şurası seçki prosesində fəal iştirak edir

«Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub». Bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, YAP Qadınlar Şurası da hər il vacib layihələr həyata keçirir. Onun sözlərinə görə, bu, yalnız seçkilərlə bağlı olan məsələ deyil.

«Onu da qeyd etmək istəyirəm ki, YAP üzvü olan qadınların timsalında mövcud intellektual potensal qarşıdan gələn parlament seçkilərində də güclü bir amil kimi çıxış edəcək. Partiyamızın Qadınlar Şurası seçki prosesində də  fəal iştirak edir. Bu məsələ bizim cari il üçün nəzərdə tutduğumuz işlər planında xüsusi yer tutur. Bilirsiniz ki, partiyamızın namizədlər siyahısında qadınların da sayı kifayət qədərdir. Təbii ki, namizədlərimizin təbliğatı prosesində də qadınların potensialından səmərəli istifadə ediləcək. Ona görə də, çalışacağıq ki, seçkilərin təbliğat dövründə qadınlarımızın daha mütəşəkkil surətdə təmsil olunsunlar»- deyə, S.Hüseynova vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv