YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Qaribaşvili: Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yoluna xüsusi önəm verir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən investisiya forumunda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışıb. Baş nazir ölkəsinin bu layihəyə xüsusi önəm verdiyini bildirib.

Gürcüstan Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, İ.Qaribaşvili deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu böyük potensiala malikdir. Bu yol təkcə üç ölkənin deyil, eyni zamanda, Asiya ilə Avropanın iqtisadi inkişafında mühüm rol oynayacaq. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra Asiyadan Avropaya, eləcə də əksinə sərnişin və yükdaşıma prosesləri 45 faizədək sürətlənəcək.

Baş nazir deyib ki, dəmir yolu istifadəyə verildikdən sonra birinci il bu yol ilə beş min ton yük və bir milyon sərnişin daşınacaq. Növbəti illərdə isə bu rəqəmlər üç dəfədən çox artacaq.

İrakli Qaribaşvili çıxışında tarixi İpək Yolunun bərpasının əhəmiyyətinə də toxunub və bildirib ki, oktyabrın 15-16-da Tbilisidə bu mövzuda beynəlxalq forum keçiriləcək. Forumda İpək Yolunun bərpası, BTQ və digər irimiqyaslı layihələr, eləcə də nəqliyyat, enerji, ticarət və biznes əlaqələrinin inkişafı məsələləri nəzərdən keçiriləcək.