YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Bakı-Tbilisi-Qars" dəmir yolu xətti üzrə hərəkət edəcək sərnişin vaqonlarına baxış keçirilib

Sentyabrın 28-də "Stadler Rail Group" şirkətinin İsveçrənin Altenrayn regionunda yerləşən zavodunda "Bakı-Tbilisi-Qars" dəmir yolu xətti üzrə hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib.

Tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler, Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Əkrəm Zeynallı, hər iki şirkətin təmsilçiləri iştirak ediblər.

Tərəflər qurumlar arasında əməkdaşlığlın səviyyəsini yüksək qiymətləndirib, yaxın gələcəkdə mümkün layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Sonra vaonlara baxış keçirilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. "Standart", "komfort", "biznes" və "restoran" tipli istehsal ediləcək vaqonlar kateqoriyasına görə 10, 20 və 32 yerlik olacaqdır. 2016-cı ilin iyul-avqust aylarında ilk 10 vaqonun istismara buraxılması nəzərdə tutulur.

Həmin gün "Stadler Rail Group" şirkətinin Bussnanq regionunda yerləşən ən böyük zavoduna da baxış keçirilib. Burada qonaqlara şirkət haqqında ümumi məlumat verilib. Bildirilib ki, şirkət 1942-ci ildə təsis olunub, 1997-ci ildə holdinqə çevrilib. Holdinqdə 6100 əməkdaş çalışır. Metro, tramvay, çarxlı və relsli dəmiryolu üçün müxtəlif ölçülü və təyinatlı qatar və vaqonlar istehsal edən şirkət bir sıra innovativ ixtira və layihələri ilə "Ginnesin rekordlar kitabı"na düşüb.