YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: “Fredoom House” təşkilatından ədalətli mövqe gözləmək düzgün deyil

«“Fredoom House” təşkilatı bir müddət öncə “Azərbaycan xəritəsi”ndə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Azərbaycandan ayıraraq “qismən azad ərazi” kimi təqdim etmişdi. Bu təşkilatın yönədiciləri öz hesabatlarında, xəritələrində, proqramlarında Qarabağı həmişə kəsib Ermənistana yamayıblar. Onlar Azərbaycan qanunlarını kobud şəkildə pozan, öz dövlətinə qarşı casusluq edən şəxsləri həmişə müdafiə ediblər». Bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, zaman-zaman Azərbaycan haqqında qeyri-obyektiv, reallıqdan tamamilə uzaq, qərəzli hesabatlar açıqlayan bu təşkilatdan ədalətli mövqe gözləmək düzgün deyil. Onun sözlərinə görə, “Fredoom House” erməni lobbi təşkilatları ilə işbirliyində olan, ermənilərin mənafeyini müdafiə edən, içində türk-müsəlman düşmənçiliyi daşıyan bir qurumdur.

«Azərbaycan bu “Fredoom House”un, nə də bu qəbildən olan, ölkəmizə qarşı qərəzli mövqe tutan, ədalətsiz bəyanatlar verən təşkilatların fikirlərini ciddiyə almır. Hələ ortada heç nə yoxdur. Seçkiyə də xeyli vaxt var. İndidən guya Azərbaycanda ədalətli seçki keçirilməyəcək iddiası irəli sürmək tamamilə ağılsızlıqdır. Azərbaycanda seçkilərin taleyini xalq həll edir. Deməli, bu qurum xalqımızın səsvermə hüququna qarşıdır, millətimizin iradəsinin əleyhinə bəyanatlar verir. Bu isə dözülməzdir. Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Təbii ki, bu Qərbi narahat edir, ona görə də əlaltı təşkilatları vasitəsilə ölkəmizə qarşı belə qarayaxma kampaniyasına start verib»- deyə, A.Əliyev vurğulayıb.