YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid İsayev: İstehlakçı hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən biridir

«Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasını Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 19 sentyabr 1995-ci il tarixində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu ilə qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlər daha da gücləndirilib». Bu fikirləri İqtisadiyyat və Sənaye Nazirliyi  yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib.

Z.İsayev bildirib ki, bu qanunla Azərbaycan Respublikasında ilk dəfə olaraq beynəlxalq ictimaiyyət tərəfindən tanınmış istehlakçı prinsipləri hüquqi şəkildə təsbit edilib, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilməyə başlanıb. Onun sözlərinə görə, istehlakçılar və sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsini, istehlakçıların hüquqlarını və bu hüquqların müdafiəsi mexanizmini özündə birləşdirməsi baxımından qanun olduqca böyük əhəmiyyətə malikdir.

İstehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan Dövlət Xidmətinin rəisi Zahid İsayev həyata keçirilən tədbirlər nəticəsində ölkədə istehlakçı hüquqlarının müdafiəsinin daha da yaxşılaşdırıldığını və bu istiqamətdə tədbirlərin davam etdiyini qeyd edib.

«Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə 2015-ci ildə Bakıda və regionlarda 8 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 5 seminar keçirilmiş, sahibkarlara və istehlakçılara 24 adda 60 mindən yuxarı buklet və yaddaş kitabçaları paylanmışdır. İstehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir»- deyə, Z.İsayev vurğulayıb.