YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa XİN: Rəsmi Paris Dağlıq Qarabağda keçirilən “bələdiyyə seçkiləri”ni tanımır

Sentyabrın 18-də Fransa Xarici İşlər Nazirliyində keçirilən brifinqdə AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Fransa hökumətinin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən “bələdiyyə seçkiləri” ilə bağlı mövqeyini bildirməsini xahiş edib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi Roman Nadal Fransanın Dağlıq Qarabağı müstəqil respublika kimi tanımadığını, bu bölgədə keçirilmiş qanunsuz “seçkilər”in nəticələrini qəbul etmədiyini, ümumiyyətlə həmin “seçkilər”in beynəlxalq hüquqazidd olduğunu deyib.

XİN-in nümayəndəsi son aylarda Fransanın bəzi yerli hakimiyyət orqanlarının beynəlxalq hüquqa zidd fəaliyyətlərə qanuni don geyindirmək cəhdlərinin olduğunu xatırladıb. O, bəzi fransız şəhərləri tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “dostluq xartiyası” imzalanmasını, “mədəniyyət günləri” keçirilməsini, eləcə də “Fransa-Qarabağ dostluq dərnəyi”nin yaradılmasını hüquqazidd addımlar kimi səciyyələndirib.