YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: «Azəri-Çıraq-Günəşli» yataqlar bloku üzrə gələcək işlənmə proqramı ilə bağlı danışıqlar aparılır

«Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə gələcək işlənmə proqramı ilə bağlı danışıqlar aparılır». Bu fikri Azərbaycan Dövlət Neft Şirkətinin  prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

R.Abdullayev bildirib ki, hazırda bu iş üzərində mütəxəssislər çalışır.

«İşlər başa çatdıqdan sonra tez bir zamanda müqavilə imzalanacağını düşünürük. BP-yə gəlincə 2024-cü ilə qədər BP şirkəti AÇG-də operatordur. Güman ki, BP şirkəti yataqlar blokunda operator olaraq qalacaq»- deyə o, vurğulayıb.