YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sabunçu rayonundakı 148 nömrəli tam orta məktəbdə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də- Bilik günündə Bakının Sabunçu rayonundakı 148 nömrəli tam orta məktəbdə yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitlə tanış oldu.

Sonra Azərbaycan Prezidenti məktəbin müəllim və şagird kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.