Xəbərlər
Prezident İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Xaçmaz rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə Rzayev Azər Həbib oğlu “Əməkdar Mühəndis”, Salahova Tünzalə Sabir qızı “Əməkdar Müəllim”, Tağıyev Səyyaf Süleyman oğlu “Əməkdar Həkim” fəxri adları verildi.