YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə ədalətsizliyin bariz nümunəsidir

«Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə ədalətsizliyin bariz nümunəsidir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, bu təşkilatda müəyyən qüvvələr tərəfindən ölkəmiz haqqında qərəzli qərarların qəbul olunması «ənənə» halını alıb. Onun sözlərinə görə, Azərbaycanın müstəqil siyasət yürüdərək uğurlar qazanması antiazərbaycançı qüvvələri ciddi narahat edir.

«Avropa Parlamentindəki deputatlar da antiazərbaycançı qüvvələrin, islamofob dairələrin sifarişlərini yerinə yetirirlər. Bu qüvvələr ölkəmizin beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaq üçün fürsət axtarırlar və daha çox mühüm hadisələr ərəfəsində qərəzli kampaniyalar həyata keçirirlər. Avropa Parlamentində ölkəmiz haqqında qəbul olunmuş son qətnamə bu faktı bir daha təsdiqləyir. Əslində, belə qeyri-ciddi sənədlər qəbul etməklə bu təşkilat özünün də qeyri-ciddiliyini ortaya qoyulur. Bu səbəbdəndir ki, təşkilatın belə qərarlarına əhəmiyyət verilmir, sadəcə, bir kağız parçası hesab olunur. Azərbaycan cəmiyyəti də yetkin bir cəmiyyətdir və AP-nin son qətnaməsi də ictimaiyyətimiz tərəfindən ciddi qəbul olunmur»- deyə, K.Əliyeva qeyd edib.