YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Musayev: Sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişlənməsinə geniş imkanlar yaranıb

«Sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişlənməsinə geniş imkanlar yaranıb». Bu fikri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

M.Musayev bildirib ki, dövlət dəstəyi nəticəsində özəl sektor yüksək səviyyədə  inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanda əlverişli biznes və investisiya mühiti formalaşıb.

«Aparılan real nəticəsi olaraq ölkəmiz artıq investisiya ixrac edən ölkəyə çevrilib. Son illərdə Azərbaycanda yeni iş yerləri açılıb, sahibkarlara dövlət qayğısı artıb, əhalinin maddi rifah halı xeyli yaxşılaşıb» - deyə, M.Musayev qeyd edib.