YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ehtiyatda olan hərbi vəzifəlilər komanda qərargah hərbi oyunlarına çağırılıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən komanda qərargah hərbi oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6 mindən artıq hərbi vəzifəli toplanışa cəlb olunub.

Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər ixtisaslar üzrə hazırlıq təlimləri keçirilir.