YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Akademik elm həftəliyi – 2015” mövzusunda beynəlxalq forum keçiriləcək

Noyabrın 2-dən 4-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə bu qurumun 70 illiyinə həsr olunan, gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” mövzusunda beynəlxalq multidissiplinar forumu keçiriləcək.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasından bildiriblər ki, forum respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələrinin, müvafiq nazirliklərin, elmin inkişafina dəstək verən fondların, sahibkarlıq və media subyektlərinin bir araya gətirilməsi məqsədini daşıyır.

Forum çərçivəsində müasir dövrdə xüsusi aktuallıq daşıyan multidissplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin aparılması və gənclərin bu diskussiyalarda fəal iştirakını təmin edən konfransın təşkili də nəzərdə tutulur.

Forumda institut və təşkilatların, elmi-istehsalat müəssisələrinin, müvafiq qurumların gənc alim və mütəxəssisləri iştirak edə bilərlər.