YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan ilə Tacikistanı tarixən yaranmış dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək.

Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram.”

 

DİGƏR Xəbərlər Arxiv