YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rusiyanın çəkdiyi "Qırmızı bağ" filminin bitməsinə az qaldı

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "VaytMedia" studiyası ilə birgə dövlət sifarişi əsasında istehsal olunan "Qırmızı bağ" bədii filminin istehsalının son tamamlama işləri aparılır.

Sözügedən filminin yaxın vaxtlarda təhvil veriləcəyi nəzərdə tutulur. "Qırmızı bağ" filminin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonit Karpov, bəstəkarı Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WeitMedia").

Qeyd edək ki, filmin çəkilişlərinə Bakı, Şəki, Gəncə və Moskva aktyorları cəlb edilib. Əsas rollarda Maksud Məmməmov, Gülzar Qurbanova, Xanlar Həşimzadə, İlham Hüseynov, Razis İbrahimov və Şəki məktəblisi Taleh Bədiiyev çəkilib.