YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: Fransa-Azərbaycan münasibətləri son illərdə tamamilə yeni bir səviyyəyə qaldırılıb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 3-də Parisin milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasimində qeyd edib ki, Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərə çox böyük önəm verir: "Çox sevindirici haldır ki, son illər bu münasibətlər qarşılıqlı strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz bütün sahələrdə uğurlu əməkdaşlıq qurub, siyasi əməkdaşlıq ən yüksək səviyyədədir, iqtisadi əməkdaşlıq genişlənir, Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Biz bir çox sahələrdə - şəhərsalma, nəqliyyat, kosmik sənaye, yüksək texnologiyalar, şərabçılıq, yüngül sənaye və digər sahələrdə uğurlu əməkdaşlıq qurmuşuq və bu əməkdaşlıq genişlənir. Şübhəsiz ki, xalqların, insanların bir-birinə yaxın olmasında humanitar sahə çox böyük əhəmiyyət daşıyır".

Birinci xanım vurğulayıb ki, Fransa-Azərbaycan münasibətləri bu sahədə son illərdə tamamilə yeni bir səviyyəyə qaldırılıb: "Mütəmadi şəkildə Azərbaycanın mədəniyyət günləri, mədəniyyət həftələri təkcə Parisdə yox, Fransanın regionlarında, şəhərlərində keçirilir. Misal üçün, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi Fransanın 20-dən çox şəhərində uğurla keçirilib. Bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi və ədəbiyyatı tədris olunur. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyəti Universitetində Azərbaycan dili fakültəsi fəaliyyət göstərir. Bakıda Fransız Liseyi açılıb, fəaliyyət göstərir və bu ilin aprel ayında Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu imzalanıb. Artıq ölkələrimizdə bu layihənin reallaşması üçün işçi qrupları yaradılıb və bu, o deməkdir ki, yaxın gələcəkdə Azərbaycanda Fransız Universiteti fəaliyyətə başlayacaq.”

 

 

DİGƏR xəbərlər Arxiv