YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB ölkələrinin dəmir yolu administrasiyalarının səhiyyə sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediləcək

Sentyabrın 7-10-da Qırğız Respublikasının Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin dəmir yolu administrasiyalarının səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq komissiyasının 35-ci iclası keçiriləcək.

MDB-nin Minskdəki İcraiyyə Komitəsindən bildiriblər ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Ermənistandan nümayəndələr iştirak edəcəklər.

Tədbirin rəsmi hissəsində giriş nitqi ilə Birlik ölkələrinin dəmir yolu administrasiyalarının səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq komissiyasının sədri, “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Oleq Atkovun, Qırğızıstan Səhiyyə və Nəqliyyat nazirlikləri nümayəndələrinin çıxışları nəzərdə tutulur.

İclasda beynəlxalq sərnişin qatarlarında gediş zamanı infeksion xəstəlik əlamətləri, yaxud xəstəlik şübhəsi ilə sərnişin aşkar edilən zaman ilk yardımın göstərilməsi və reanimasiya tədbirlərinin görülməsi, sanitariya-epidemiologiya təhlükəsizliyi məsələləri nəzərdən keçiriləcək.

İclasın yekunlarına dair protokol qəbul ediləcək.