YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Çunq Eu-Yonq: Yeni Azərbaycan Partiyası İCAPP-da aparıcı rola malikdir

«Bakı şəhəri artıq İCAPP-ın tədbirlərinin mərkəzinə çevrilib». Bu fikri Asiya Siyasi Partiyaları Beynəlxalq Konfansının (İCAPP) Daimi Komitəsinin həmsədri, təşkilatın baş katibi Çunq Eu-Yonq deyib.

Çunq Eu-Yonq bildirib ki, İCAPP-ın Bakıda bir sıra mötəbər toplantıları keçirilib. Onun sözlərinə görə, Azərbaycan bu tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib.

«Yeni Azərbaycan Partiyasının İCAPP çərçivəsində fəaliyyətini yüksək qiymətləndiririk. Çünki bu partiya təşkilatın işində çox fəal iştirak edir. Yeni Azərbaycan Partiyası İCAPP-da aparıcı rola malikdir» - deyə, baş katib Çunq Eu-Yonq vurğulayıb.

 

DİGƏR xəbərlər Arxiv