YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sonq Venyan: İCAPP-ın Qadınlar Qolunun Bakı şəhərində keçirilən iclası Asiya qadınları arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir

«İCAPP-ın Qadınlar Qolunun Bakı şəhərində keçirilən iclası Asiya qadınları arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir». Bu fikri Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Bakıda keçirilən İCAPP-ın Qadınlar Qolununun III iclasının iştirakçısı, Ümumçin Qadın Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin baş direktor müavini Sonq Venyan deyib.

Sonq Venyan bildirib ki, qadınlar arasında belə müzakirələr onların ictima-siyasi fəaliyyətlərinin daha da aktivləşməsinə müsbət təsir göstərir. Onun sözlərinə görə, İCAPP-ın işində fəal iştirak edən Yeni Azərbaycan Partiyası təşkilatın tədbirlərinə də yüksək səviyyədə ev sahibliyi edir.

«Təmsil etdiyim Çin Xalq Respublikasında da qadın hüquqlarının qorunması istiqamətində vacib addımlar atılır. Bütün sahələrdə qadınların təmsilçiliyi baxımdan böyük işlər görülür. Bununla əlaqədar olaraq qanunvericiliyə müəyyən dəyişikliklər edilib, eləcə də Konstitusiya islahatlarında gender bərabərliyinin təmin olunmasına xüsusi diqqət yetirilib. Yəni, ölkəmizdə qadınların iqtisadi, siyasi, mədəni və digər sahələrdə iştirakı üçün bütün zəmin yaradılıb. Onlar da bu hüquqlardan istifadə etməyə çalışırlar»- deyə, Çin nümayəndəsi vurğulayıb.